Xəbər lenti

İdman 02:06 27.11.2019

"Qalatasaray" xal itirdi, "Real", "Tottenhem" və "Siti" 1/8 finalda

Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə A,B,C və D qruplarındakı komandalar qarşılaşıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda Belçikanın "Brügge" klubunu qəbul edib. Hər iki klub Avropa Liqasına vəsiqə üçün mübarizə aparır. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə Adem Büyük açsa da, belçikalılar əlavə vaxtda bərabərliyi bərpa edib. Bərabərlik qolundan sonra "Brügge"nin iki üzvü meydandan qovulub.

Bu nəticədən sona A qrupundan "Real" PSJ ilə matçın nəticəsindən aslı olmayaraq, 1/8 finala vəsiqəni təmin edib. "Real" - PSJ matçına gəlincə, görüş heç-heçə bitib - 2:0. Bununla da Paris klubu son turun nəticələrindən aslı olmayaraq 1-ci pilləni təmin edib.

B qrupunda "Srvena Zvezda" Serbiyada növbəti mərhələni təmin edən Almaniya "Bavariya"sı ilə üz-üzə gəlib. Almanlar gecənin ən böyük hesablı qələbəsini qazanıb - 6:0. "Tottenhem" Joze Mourinyonun rəhbərliyi altında İngiltərədə "Olimpiakos"u qəbul edib. İngilislər 0:2 hesabı ilə geri düşsə də, sonda meydanı qələbə ilə tərk ediblər - 4:2. Bununla da "Tottenhem" 1/8 finala vəsiqə qazanıb.

C qrupunda İngiltərənin digər təmsilçisi "Mançester Siti" Ukrayna "Şaxtyor"u (Donetsk) ilə "sülh"ə razılaşıb - 1:1. "Atalanta" isə evdə Zaqreb "Dinamo"suna 2:0 hesanı ilə qalib gəlib. Bununla da "Mençester Siti" 1/8 finala çıxıb. Bu qrupda 1/8 finala ikinci vəsiqənin sahibinə, həmçinin Avroliqaya gedəcək komandanın adına son turda aydınlıq gələcək.

D qrupunda Rusiya "Lokomotiv"i Moskvada "Bayer"lə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. 1/8 finala çıxmış "Yuventus" isə evdə "Atletiko"nu yenib - 1:0. Bu qrupda 1/8 finala ikinci vəsiqənin sahibinə, həmçinin Avroliqaya gedəcək komandanın adına son turda aydınlıq gələcək.
 
Çempionlar Liqası
Qrup mərhələsi
V tur

26 noyabr
A qrupu
Qalatasaray (Türkiyə) - Brügge (Belçika) 1:1
Qollar: Adem Büyük, 11 - Krepin Diatta, 90+2.
Qırmızı vərəqələr: Klinton Mata, 90+3. Krepin Diatta, 90+3 (Brügge).

Real (İspaniya) - PSJ (Fransa) 2:2
Qollar: Kərim Benzema, 17; 79 - Kilian Mbappe, 81. Pablo Sarabia, 83.
 

1

PSJ

5

4

1

0

12:2

13

2

Real

5

2

2

1

11:7

8

3

Brügge

5

0

3

2

3:9

3

4

Qalatasaray

5

0

2

3

1:9

2


B qrupu
Srvena Zvezda (Serbiya) - Bavariya (Almaniya) 0:6
Qollar: Leon Qoretzka, 14. Robert Levandovski, 53-pen; 60; 64; 68. Korentin Tolisso, 90.

Tottenhem (İngiltərə) - Olimpiakos (Yunanıstan) 4:2
Qollar: Dele Alli, 450+1. Harri Keyn, 50; 77. Serj Auryer, 73 - Yuseff El Arabi, 6. Ruben Semedo, 19
 

1

Bavariya

5

5

0

0

21:4

15

2

Tottenhem

5

3

1

1

17:11

10

3

Srvena Zvezda

5

1

0

4

3:19

3

4

Olimpiakos

5

0

1

4

7:14

1


C qrupu
Mançester Siti (İngiltərə) - Şaxtyor (Ukrayna) 1:1
Qollar: İlkay Gündoğan, 56 - Manor Solomon, 69.

Atalanta (İtaliya) - Dinamo (Zaqreb, Xorvatiya) 2:0
Qollar: Luis Muriel, 27-pen. Alexandro Qomes, 47.
 

1

Mançester Siti

5

3

2

0

12:3

11

2

Şaxtyor

5

1

3

1

8:10

6

3

Dinamo

5

1

2

2

9:9

5

4

Atalanta

5

1

1

3

5:12

4


D qrupu
Lokomotiv (Moskva, Rusiya) - Bayer (Almaniya) 0:2
Qollar: Rifat Cemaletdinov, 11 (avtoqol). Sven Bender, 54.

Yuventus (İtaliya) - Atletiko (İspaniya) 1:0
Qol: Paulo Dibala, 45+2
 

1

Yuventus

5

4

1

0

10:4

13

2

Atletiko

5

2

1

2

6:5

7

3

Bayer

5

2

0

3

5:7

6

4

Lokomotiv

5

1

0

4

4:9

3



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->