Xəbər lenti

Qalmaqallı "Wikileaks" qəhrəmanı filmdə - VİDEO
Dünya13:59 13.10.2013

Qalmaqallı "Wikileaks" qəhrəmanı filmdə - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Wikileaks" saytının rəhbəri  Culian Assanc haqqında film çəkilib

Qalmaqallı "Wikileaks" saytının rəhbəri Culian Assanc haqqında film çəkilib. Filmdə Assancla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olub. 

Film dünya kino prokatına bu il sentyabrın beşi verilib. Filmin MDB ölkələrində o cümlədən Azərbaycanda BLU-RAY və DVD disklərdə gələn il martın dördündən satışına başlanması proqnozlaşdırılır. 

“Beşinci hakimiyyət” filmi Culian Assancın gizli yazışmalarının öz saytında necə dərc etmək fikrinə gəldiyi və Amerika hökümətinin buna necə reaksiya verdiyi nədən bəhs edir. Filmin əsas epizodlarında Assancın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer alıb. 

Britaniyalı kino tənqidçisi Piter Bredşounun Assancın qalmaqallı materiallarının dərc edildiyi Guardian qəzetində yerləşdirilən məqaləsində deyilir ki, filmin maraqlı tərəfi "Wikileaks" qalamaqalında hələ də gizli məqamların qalmasına və qəhrəmanın sağ olmasına baxmayaraq onun haqqında filmin çəkilməsidir. 

Səbəbkarın özü isə filmin çəkilməsinə qarşı çıxıb. O filmdə öz obrazının təkəbbürlü verildiyini hesab edib. Maraqlıdır ki, filmdə Assanc rolunu canlandıran Benedikt Kamberbetçə kömək üçün qəhrəmana müraciət edib, Assancc isə bunun əvzində aktyordan, rolundan imtina etməyi xahiş edib. “Beşinci hakimiyyət” filminin "Wikileaks" qalmaqalı qədər, tamaşaçılarda da maraq doğuracağı gözlənilir./ans.tv/