Xəbər lenti

Qanunsuz gərgədan ovçuları aslanların ovuna çevrildi
Dünya13:51 06.07.2018

Qanunsuz gərgədan ovçuları aslanların ovuna çevrildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Afrika Respublikasında yerləşən Sibuya qoruğunda aslanlar azı 2 ovçunu öldürüb.
Qaynarinfo xəbər verir ki, qeyri-qanuni gərgədan ovu ilə məşğul olan ovçuları aslanlar öldürüb, daha sonra isə yeyiblər. Sayları 3 olan ovçulardan 2-sinin qurbana çevrildiyi təxmin edilir. Ovçulara aid bir tüfəng və 1 balta tapılıb. Hadisə barədə qoruğun sahibi Nik Foks məlumat verib. 
Qeyd edək ki, Asiya ölkələrində gərgədan buynuzuna tələbatın yaranması bu canlıların qanunsuz ovlanmasını kütləvi hala çevirib. CAR-da son 10 ildə 7 mindən çox gərgədan qeyri-qanuni şəkildə öldürülüb.
Gülşən