İspaniya polisi Europol və Almaniya polisi ilə birlikdə qanunsuz suriyalı miqrantları qaçaqmalçılıq yolu ilə keçirən 2,5 milyon dollar qazanan cinayətkar şəbəkəni zərərsizləşdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniya polisinin bəyanatına istinadən "Europa Press" agentliyi məlumat yayıb.
"Milli polis agentləri Europol və Almaniya Federal Polisi ilə əməkdaşlıq edərək suriyalı mühacirləri İspaniya, Almaniya və Norveçə qaçaqmalçılıq yolu ilə keçirən cinayətkar təşkilatı ələ keçirib, 19 nəfər saxlanılıb", deyə agentlik bildirib.
KİV-in məlumatına görə, miqrantlar marşrutu keçmək üçün 20 min avro ödəyiblər. Onlar Suriya ilə Misir arasındakı sərhədi, Liviya və Tunisi keçib, daha sonra Əlcəzairin Oran liman şəhərindən qayıqla İspaniyaya göndərilib.
Miqrantlar Madrid, Toledo və Kuenka şəhərində xüsusi mənzillərdə yerləşdirilib. 350-dən çox suriyalı bu cinayətkar şəbəkə vasitəsilə miqrasiya edib.
Aydın