Xəbər lenti

“Qara canavar” ləqəbli narkobaron ABŞ-a təhvil verildi
Dünya19:17 10.05.2014

“Qara canavar” ləqəbli narkobaron ABŞ-a təhvil verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Honduras hakimiyyəti ləqəbi “Qara canavar” olan narkobaron Karlos Arnoldo Lobonu ABŞ prokurorluğuna təhvil verib. 

ANS PRESS-in məlumatına görə, Lobo mart ayında Meksika və Qvatemala kartelləri üçün kokain trafiki təşkil edilməsi, çirkli pulların yuyulması ittihamı ilə həbs edilib. Onun ekstradisiyasını aprel ayında ali məhkəmə təsdiq edib.

Honduras adambaşına düşən qətllərə görə lider ölkədir. Qətllərin çoxu qruplaşmaların hesablaşmaları zamanı baş verir. 

Qaynar.info