Xəbər lenti

"Qarabağ" bu gün ÇL çərçivəsində növbəti oyuna çıxacaq
İdman05:28 01.08.2018

"Qarabağ" bu gün ÇL çərçivəsində növbəti oyuna çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi "Kukesi"ni qəbul edəcək.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanov rəhbərlik etdiyi kollekliv doğma azarkeş önündə qələbə qazanmağa çalışacaq. Ağdam təmsilçisi bu görüşdə yeni transferləri - Con Delarj və İnnosent Emeqaranın da xidmətindən yararlana biləcək.
"Qarabağ" "Kukesi" səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində "Torpedo” (Gürcüstan) – "Vikinqur” (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
21:00. "Qarabağ” (Azərbaycan) – "Kukesi” (Albaniya)
Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.