Xəbər lenti

“Qarabağ” bu gün cavab oyununa çıxacaq - Avropa Liqası
İdman05:41 17.08.2023

“Qarabağ” bu gün cavab oyununa çıxacaq - Avropa Liqası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxacaq.
"Qafqazinfo” xəbər verir ki, Ağdam klubu səfərdə HİK-lə görüşədək.
Ötən həftə Bakıda 2:1 hesabı ilə qalib gələn ağdamlılar Finlandiyada üstünlüyünü qorumağa çalışacaq.
"Qarabağ” bu səddi adlasa, avrokubokların qrupunda yerini təmin edəcək. Ağdamlıları Avropa Liqasının pley-offunda Sloveniya "Olimpiya”sı gözləyir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
17 avqust
20:00. HİK (Finlandiya) – "Qarabağ” (Azərbaycan)
Baş hakim: Villy Delajod (Fransa)
Helsinki Futbol stadionu
İlk oyun – 1:2