Xəbər lenti

İdman 14:15 03.11.2025

"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlandı (FOTO)

Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununun təyinatları müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, görüş Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sebastian Gishamer olacaq. FIFA referisinə Roland Riedel və Santino Schreiner köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Manuel Schuettengruber, AVAR-da Josef Spurny əyləşəcəklər.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
 


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->