Xəbər lenti

"Qarabağ"ın Almaniyaya səfər proqramı açıqlandı
İdman11:40 05.09.2022

"Qarabağ"ın Almaniyaya səfər proqramı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa Liqasının qrup mərhələsində "Frayburq” ilə qarşılaşacaq "Qarabağ” FK sentyabrın 6-da Almaniyaya yollanacaq.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Sentyabrın 7-də saat 19:40-da (Bakı vaxtı ilə 21:40) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) Ağdam təmsilçisinin media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
"Frayburq” – "Qarabağ” oyunu sentyabrın 8-i Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
Səbuhi Həsənov