Xəbər lenti

Qarabağ məsələsi Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı deyil - Paşinyan
Siyasət06:44 14.06.2022

Qarabağ məsələsi Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı deyil - Paşinyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağlıq Qarabağ məsələsi Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə milli komissiyalarının fəaliyyəti ilə bağlı deyil. 
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan "Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
Paşinyan qeyd edib ki, İrəvan və Bakının müxtəlif rabitə formatları var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir.
Paşinyanın sözlərinə görə, Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması formatıdır.
"Regional nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması üçün üçüncü istiqamət də var. Amma təbii ki, regionda sülhün bərqərar olması üçün ən vacib məsələ Dağlıq Qarabağ məsələsidir", - o əlavə edib.
Jurnalistin "Rusiya bu prosesdə Azərbaycana daha çox dəstək verir” sualına Ermənistan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb ki, "Rusiya Ermənistanın strateji tərəfdaşı və müttəfiqidir, lakin onun Azərbaycanla da çox yaxın münasibətləri var”.
O qeyd edib ki, bu halda Rusiyanın Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının həyata keçirilməsində qarant kimi rolu göz qabağındadır.
Aydın