Xəbər lenti

Sənət 16:27 01.05.2022

“Qarabağ” muğam qrupu Özbəkistanda

Beynəlxalq Muğam Mərkəzi Özbəkistanda silsilə konsertləri davam etdirir.

Mərkəzdən Qaynarinfo-ya bildirilib ki, mayın 1-də Türküstanın Sənət sarayında Özbəkistanda səfərdə olan "Qarabağ” muğam qrupu - Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov konsert proqramı ilə çıxış edəcəklər.

"Dostluq körpüsü” adlı konsert proqramı Özbəkistan Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->