İdman 09:33 19.03.2023

“Qarabağ” - “Qalatasaray” matçının hakimləri açıqlandı

Martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ”la Türkiyənin "Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib. 

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq. 

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq