Xəbər lenti

"Qarabağ" təxirə salınmış oyunda "Turan Tovuz"a qalib gəldi
İdman12:27 09.11.2022

"Qarabağ" təxirə salınmış oyunda "Turan Tovuz"a qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turdan təxirə salınmış oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, "Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olub. Görüş "köhlən atlar"ın qələbəsi ilə başa çatıb - 2:0.
Hesab 20-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Vüsal Məsimov avtoqol müəllifi olub. Digər qolu isə 37-ci dəqiqədə Kvabena Ovusu vurub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 39-a çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. Bu mövsüm ölkə çempionatında keçirdiyi 13 matçın hamısından qalib ayrılan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"ı 5 xal qabaqlayır. 15 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.