Xəbər lenti

İdman 17:00 12.08.2023

"Qarabağ" yarım milyon avroluq hücumçunu transfer edir?

"Qarabağ" klubu yarım milyon avroluq transferə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Çilinin "Kolo-Kolo" klubundan Xordi Tompsonla maraqlanır. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qarabağ" 19 yaşlı sol cinah oyunçusu üçün icarə təklifi göndərsə də, Çili klubu razılaşmayıb. "Köhlən atlar"ın yay transfer pəncərəsi bağlanana qədər hücumçunun keçidi üçün daha sərfəli təklif göndərəcəyi bildirilir. 

Oyunçu ilə Niderland Eredeviziyasından "Tvente" klubu da maraqlanır. Futbolçunun "Transfermarkt"də dəyəri 550 000 avro civarındadır.Qeyd edək ki, Çili U-20 millisinin üzvü olan Tompson peşəkar klub karyerasına 2021-ci ildə "Kolo-Kolo"da start verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->