Xəbər lenti

"Qarabağ" "Zirə"ni 4 cavabsız qolla yendi
İdman14:41 15.01.2024

"Qarabağ" "Zirə"ni 4 cavabsız qolla yendi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Qaynarinfo xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da gerçəkləşib.
Dörd hissədən (45, 25, 45, 25 dəqiqə) ibarət görüş Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0. Komandanın ilk qolunu 64-cü dəqiqədə Leandro Andrade vurub. Riçard Almeyda 108-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 111-ci dəqiqədə Redon Cica komandasının üçüncü qoluna imza atıb. 120-ci dəqiqədə Nəriman Axundzadə fərqlənib.
Qeyd edək ki, "Zirə" ilk yoxlama oyununda "Araz-Naxçıvan"a qalib gəlib - 2:1. "Qarabağ" isə klubun əvəzedici komandasını 7:2 hesabı ilə üstələyib.