Xəbər lenti

“Qarabağ”ın futbolçusu üçün diplomatik pasport və mükafat
İdman06:44 21.06.2016

“Qarabağ”ın futbolçusu üçün diplomatik pasport və mükafat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada keçirilən Avropa çempionatında iştirak edən Albaniya yığmasının bir neçə gün öncə Rumıniyaya qalib gəlməsi yerli əhali tərəfindən qürurla qarşılanıb.

Qafqazinfo xəbər verir ki, ölkənin futbol federasiyası da millinin bu uğuruna biganə qalmayacaq.

Federasiyadan bildirilib ki, yığmanın bütün üzvləri Rumıniya üzərindəki qələbəyə görə mükafatlandırılacaqlar. Belə ki, onlara diplomatik pasport və pul mükafatı veriləcək. ”Qarabağ”ın futbolçusu Ansi Aqolli də Albaniya millisinin digər üzvləri kimi, "premiya” alacaq. Mükafatın məbləği isə açıqlanmayıb.

Qeyd edək ki, tarixində ilk dəfə Avropa çempionatına qatılan albanlar Rumıniya üzərindəki qələbə sayəsində qrupda 3-cü pilləyə yüksəliblər.

Qaynarinfo.az