Xəbər lenti

"Qarabağ"ın oyununa hakim təyinatları niyə dəyişdirilib?
İdman13:42 25.08.2020

"Qarabağ"ın oyununa hakim təyinatları niyə dəyişdirilib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Moldova "Şerif"i arasında keçiriləcək matçın hakimlərinin dəyişdirilməsinin səbəbi bəlli olub. 
"Report"un məlumatına görə, UEFA Ukraynadan Azərbaycana gəlişin daha rahat olduğunu əsas gətirərək bu addımı atıb.
Qurum daha əvvəl görüşü Furkat Atajanovun rəhbərlik etdiyi Qazaxıstandan olan hakimlər briqadasına tapşırsa da, sonradan ukraynalı Mikola Balakinə etimad göstərib. 
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin "Dinamo” (Tbilisi, Gürcüstan) – "Tirana” (Albaniya) matçına təyinatını da ləğv edib. Buna koronavirus pandemiyası ilə əlaqədar birbaşa və uyğun tranzit təyyarə reyslərinin olmaması səbəb göstərilib. 
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ"ın I təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"ni 4:0 hesabı ilə məğlub etdiyi matçı ukraynalı Yaroslav Kozık idarə edib.