Xəbər lenti

Qaraçılarla ölkə prezidenti arasında gərginlik
Dünya17:10 06.10.2018

Qaraçılarla ölkə prezidenti arasında gərginlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiya prezidenti Miloş Zemanla qaraçlar arasında grginlik yaranıb.
Qaynarinfo xəbər verir ki, buna səbəb dövlət başçısının qaraçılarla bağlı açıqlaması olub.
Miloş Zeman jurnalistlərin qaraçılarla bağlı sualını cavablandırarkən onların tufeyli həyat tərzi sürdüyünü bildirib: "Onlar kommunist rejimindən başqaları qədər çox əziyyət çəkməyiblər. Qaraçılar işləməli idilər, onlar əsasən qazmaçı işləyirdilər, bu işdən imtina edənlər isə tüfeyli hesab edilir və barmaqlıq arxasına düşürdülər”.
Prezidentin bu bəyanatı qaraçıların etirazına səbəb olub. Çexiyanın qaraçı icmasının üzvləri dövlət başçısının açıqlamasına cavab olaraq "Facebook" sosial şəbəkəsində aksiya təşkil ediblər. Onlar öz iş yerlərindən çəkilmiş fotoşəkilləri paylaşıblar. 
Lakin Miloş Zeman bu aksiyadan sonra da öz bəyanatını geri götürməyib. Ölkə başçısı növbəti açıqlama ilə çıxış edib: "Belə adlandırılan sosial istisna rayonlarına səfərlərim nəticəsində mən bu nəticəyə gəldim ki, həmin regionlardakı qaraçıların 90 faizi işləmir. Bunu mənə həmin regionlardakı yerli administrasiyanın rəhbərləri və başqa nümayəndələri də bildirirdilər. Şadam ki, qalan 10 faizdən fotoşəkillər almışam və buna görə onlara təşəkkür edirəm”.
Brnodakı Qaraçı Mədəniyyəti Muzeyinin mətbuat katibi Kristina Koqoutova isə bildirib ki, sosializm illərində hakim rejim qaraçıların milli eyniliyini boğurdu. Bəzi qaraçı ailələrinin uşaqlarını əllərindən alırdılar, qaraçı dilində danışmaq qadağan edilirdi. Koqoutova, həmçinin xatırladıb ki, qaraçılar yalnız "məxməri inqilab”dan sonra öz milli mənsubiyyəti və qaraçı soyqırımı haqqında danışmaq imkanı əldə ediblər.