Xəbər lenti

Qaradərili işçini diri-diri tabuta qoydular (FOTOLAR)
Dünya08:03 05.08.2017

Qaradərili işçini diri-diri tabuta qoydular (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cənubi Afrika Respublikasında ağdərili ferma sahibləri qaradərili işçini zorla tabuta qoyaraq öldürməklə hədələyiblər.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yayılan videoda ferma sahibləri Villem Ousthauzen və Teo Cəkson qaradərili işçi Viktor Mloçvanı tabuta qoyub bastırmaqla və içinə ilan atmaqla hədələyirlər. 2 dəqiqəlik görüntüdə işçi qışqırır, ağlayır, dua edir və "məni öldürməyin" deyərək yalvarır. 

Ötən ilin noyabrına aid görüntülərin yayılması uzun illər irqçiliklə mübarizə aparan ölkə ictimaiyyətində böyük səs-küyə və narazılığa səbəb olub. 

Viktoru zorakılığa məruz qoyan şəxslər işgəncə, adam öldürməyə təşəbbüs kimi suçlardan ittiham ediləcək.

Gülşən

Qaynarinfo.Az