Xəbər lenti

Qarsız, bol qış günəşi və çimərliklər: Qış istirahəti üçün İspaniyanın 4 şəhəri
Dünya 14:35 22.12.2024

Qarsız, bol qış günəşi və çimərliklər: Qış istirahəti üçün İspaniyanın 4 şəhəri

Əgər bu il qar və qış palçığını kifayət qədər görmüsünüzsə, Yeni ili daha isti iqlimdə keçirmək mümkündür. Adətən qış istirahəti qar və şaxtalarla əlaqələndirilsə də, Yeni il tətili üçün əla alternativ var -  İspaniyanın isti sahil kurortları. 

Qaynarinfo xəbər verir ki, "Traveloffpath" nəşri bu qış mövsümündə ziyarət üçün dörd İspaniya şəhərini tövsiyə edib.

Estepona

Bu cazibədar şəhər İspaniyanın cənubundakı Kosta-del-Sol ("Günəşli sahil") bölgəsində yerləşir. Təxminən 77 min əhalisi olan Estepona, Malaqa və ya Marbella ilə müqayisədə daha sakit bir məkandır.

Burada çiçəklərlə bəzədilmiş Plaza-de-las-Flores meydanı ilə qədim şəhər, qumlu çimərliklər və rahat restoranlar var. Restoranlarda dadlı tapaslar, Aralıq dənizinin aromatik salatları və təzə Andalusiya balıqları təqdim olunur.

Büdcəyə uyğun otel seçsəniz, bir gecəlik qalmaq 57-118 ABŞ dolları arasında dəyişir.

Alxesiras

Esteponadan cəmi 35 dəqiqəlik məsafədə, cənub-qərbdə yerləşən Alxesiras da isti qış günəşi ilə doludur. Bu şəhər çox vaxt turistlərin Málagaya səyahət zamanı dayandığı məkanlardan biridir.

Avropanın ən cənub nöqtəsində, Afrikanın qarşısında yerləşən Alxesiras subtropik iqlimi, az yağışlı günləri və günəşli havası ilə seçilir. Qışda temperatur 20 dərəcəyə qədər yüksəlir.

Üzmək üçün kifayət qədər isti olmasa da, günəş vannası və görməli yerləri ziyarət etmək üçün ideal yerdir. Şəhərin əsas turistik məkanlarına Gətarəs çimərliyi, minimalist barok üslublu Palma Məryəminin kilsəsi, Plaza Alta meydanı və fəvvarələrlə zəngin Maria Kristina parkı daxildir.

Alxesirasda büdcəli oteldə bir gecə qalmaq 47-61 ABŞ dollarına başa gəlir.

Almeriya

Əgər sizi tarixi irs maraqlandırırsa, Aralıq dənizinin sahilindəki qədim Almeriya limanını ziyarət edin. Şəhər orta əsr abidələri ilə zəngindir və burada qayalı təpənin zirvəsində yerləşən möhtəşəm Alcazaba qalası var.

Şəhərin mərkəzində yerləşən Almeriya kilsəsi İspaniyanın ən gözəl kilsələrindən biri sayılır. Gotik üslubda inşa edilən bu məbədin hündür tağları və təsirli tavanları diqqət çəkir. Almeriyanın dolama küçələri və zərif binalarla əhatə olunmuş meydanları selfi çəkilişləri üçün mükəmməldir.

Buradakı ən yaxşı büdcəli otellərdə bir gecəlik qiymətlər 36-54 ABŞ dolları arasında dəyişir.

La Manqa

Aralıq dənizinin firuzəyi sularına doğru 20 kilometr uzanan La Manqa hər iki tərəfi qızılı qumlu çimərliklərlə örtülmüş təbii sahil zolağıdır.

Burada il boyu vindsörfinq kimi su idman növləri mövcuddur, həmçinin günəş vannası qəbul etmək üçün əla şərait yaradılıb. Siz həmçinin yaxınlıqdakı Kalblank regional parkını, qum təpələri və duzlu bataqlıqları araşdıra, La Manqanın dənizkənarı yolunda velosiped sürə bilərsiniz.

La Manqadakı büdcəli otellərdə bir gecəlik qalmaq 64-144 ABŞ dolları arasında dəyişir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->