Xəbər lenti

Qaşıqçının nişanlısı danışdı: "Öldürüləcəyini bilsəydim..."
Dünya11:45 28.10.2018

Qaşıqçının nişanlısı danışdı: "Öldürüləcəyini bilsəydim..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının nişanlısı olan Türkiyə vətəndaşı Xədicə Çingiz hadisənin baş verdiyi 2 oktyabr tarixindən danışıb.
Qaynarinfo həmin açıqlamanı təqdim edir:
"Konsulluğa birlikdə getməyimizin səbəbi xarici ölkə vətəndaşının türkiyəli biri ilə evlənməsi üçün lazım olan evli olmamaq barədə sənəd idi. Səudiyyə vətəndaşı olduğu üçün bu sənədə görə konsulluğa getməyə məcbur idi. Dərc olunan yazılarına görə problem çıxmasından qorxurdu. Lakin Türkiyənin təhlükəsiz olduğunu, başına nəsə gəlsə, məsələnin asan həll ediləcəyinə inanırdı. Başına necə bir hadisə gələcəyini soruşurdum, amma ağlıma belə bir variant gəlməmişdi. 2 oktyabrda baş verənlər barədə bilmədiyim, anlamadığım şeylər var hələ də. Konsulluğa girən zaman bədən dilində narahatlıq hiss etmədim. Konsulluğa birlikdə girmək istədim, lakin alınmadı, telefonunu mənə verib getdi. Qaşıqçı başına bir iş gəlsə, Ədalət və İnkişaf Partiyasının sədr müşaviri Yasin Aktaya zəng etməyimi tapşırdı. Konsulluqda tələ qurulduğunu bilsəydim, oraya hamıdan əvvəl mən girərdim, ağlıma belə bir şey gəlmədi".
Donald Trampın onu ABŞ-a dəvət etməyinə münasibət bildirən Xədicə Çingiz ABŞ rəhbərinin publikaya oynadığını, rəğbət qazanmaq üçün belə addım atdığını bildirib. Jurnalistin nişanlısı qətldə əli olan hamının cəzalandırılmasını istəyir. 
Xədicə Çingiz fikirlərini Camal Qaşıqçının Mədinədə dəfn edilməsi barədə arzusundan danışıb. O qeyd edib ki, Qaşıqçının cəsədi ortada yoxdur, ümid edir ki, tapılar və Mədinədə dəfn edilər. 
Gülşən