Xəbər lenti

Qaya üstünə çıxıb, evlənmə təklifi etdi, amma...
Dünya19:14 08.04.2016

Qaya üstünə çıxıb, evlənmə təklifi etdi, amma...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Kaliforniya ştatından olan Maykl Con Pol Benks sevdiyi qıza evlənmək təklifi etmək üçün 180 metrlik Morro qayasının üstünə çıxıb. Gənc özü qayadan aşağı düşməyi bacarmadığı üçün xilasedicilər çağrılıb.
Gənc oğlan qayanın zirvəsinə qalxdıqdan sonra sevdiyi qızla görüntülü zəng ilə əlaqə qurub. O, qızın razılığını aldıqdan sonra aşağa düşməyə çalışıb. Lakin sonra başa düşüb ki, o, bunu bacarmayacaq. Xoşbəxtlikdən Maykl xilasedicilər ilə əlaqə qura bilib.
Yanğınsöndürmə xidmətinin nümayəndəsi Todd Qeli öz xidməti helikopterində gəncə yaxınlaşıb və xilasetmə kəmərini ona tərəf buraxıb.
Xoşbəxt aşiq xəsarət almadan yerə endirilib. (musavat.com)
Qaynar.info