
Qaynananız sizi incidib, həyat yoldaşınızla aranızın pozulmasına səbəb olur? Əgər cavabınız “hə”dirsə, Tanışdığınız gündən bəri sizi tənqid edən, hərəkətləriylə daim qıcıqlandırmağa çalışan qaynananızla, bu yollar vasitəsilə daha yaxşı yola gedə bilərsiniz.
Onu anlamağa çalışın
Qaynanalarla gəlinlər arasında anlaşmazlığın bir sıra səbəbləri ola bilər. Bu səbəblər içərisində, qaynanaların oğullarını qısqanmaları ilk sırada gəlir. Oğullarının həyatlarının mərkəzindən uzaqlaşması, artıq başqa biriylə həyat qurması, qaynanaların özünü ikinci planda hiss etməsinə səbəb olur. Onu anlamağa çalışın.Başa düşməlisiniz ki, onun bu hərəkətləri sizinlə bağlı deyil. Bu sadəcə onu düşdüyü psixoloji vəziyyətlə əlaqəlidir.
Aranıza fiziki məsafə qoyun
İmkan olduqca qaynananızdan uzaqda yaşayın. Hətta ayrı şəhərdə qalsanız, daha yaxşı olar. Bununla bərabər, məcbur olmadıqca ailə, qohum yığıncağına həyat yoldaşınıza getməyin. Ancaq araya soyuqluq da düşməsin. Fiziki uzaqlığı mənəvi uzaqlıqla qarışdırmayın. Əks halda, nəinki qaynananızla, həyat yoldaşınızla da aranızda problemlər yarana bilər.
Telefonda danışmazdan əvvəl sakitləşin
Qaynananızla ən son telefonda danışanda dediklərini xatırlayın. Əgər sizi iynələyəcək sözlər deyibsə, onları bir daha nəzərdən keçirin. Yenidən eşidə biləcəyinizi nəzərə alaraq, buna hazır olun.
Hisslərinizi ələ alın
Qaynananızla danışanda hisslərinizi cilovlamağı bacarın. Qaynananızla nə çox kobud, nə də çox səmimi olun. Nə qədər çətin olsa da, ona qarşı realist olmağa çalışın. Hansısa anlaşmazlıq zamanı, onun sizin həyat yoldaşınızın anası olduğunu düşün və hörmətlə yanaşın.
Həyat yoldaşınızı və uşaqlarınızı düşünün
Ailənizin hüzuru pozulmasın deyə, bəzi anlarda səssiz qalmağı bacarmalısınız. Əgər qaynananızla aranızdakı mübahisə ailənizin əsəblərinə də toxunacaqsa, cavab verməməyə çalışın.(qadinklubu)
Qaynarinfo.Az