XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qazaxıstan millisinin sabiq üzvü rəsmən "Sumqayıt"da
İdman11:50 15.08.2020

Qazaxıstan millisinin sabiq üzvü rəsmən "Sumqayıt"da

"Sumqayıt" daha əvvəl anlaşdığı Qazaxıstanın U-21 millisinin sabiq futbolçusu Kərəm Sultanovun keçidini rəsmiləşdirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 24 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Sultanov yeni komandasında 4 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, K.Sultanov ölkəsində "Ordabası", "Bayterek", "Kızıl-Jar" və "Kaspi" klublarının formasını geyinib.
<iframe src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fsumqayitfc%2Fvideos%2F2681793115427352%2F&show_text=0&width=560" width="560" height="315" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowtransparency="true" allowfullscreen="true">