Xəbər lenti

Qazaxıstan Rusiyaya qarşı sanksiyalara sözsüz əməl etməkdən imtina etdi
Dünya 15:11 16.08.2024

Qazaxıstan Rusiyaya qarşı sanksiyalara sözsüz əməl etməkdən imtina etdi

Qazaxstan Qərbin Rusiyaya qarşı sanksiyaları ilə bağlı yeni siyasət yürüdür. Qazaxıstan ölkənin maraqlarını riskə atacağı təqdirdə məhdudiyyətlərə "kor-koranə əməl etməyəcək".

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Serik Jumanqarin "Bloomberg”ə müsahibəsində bildirib.

Baş nazirin müavininin sözlərinə görə, bəzi sanksiyalar Qazaxıstana qeyri-mütənasib şəkildə zərər vurub. ABŞ-ın məhdudiyyətləri altına düşmüş şirkətlər bağlanır və Jumanqarinin qeyd etdiyi kimi, Qərb dövlətləri zərəri kompensasiya etmək üçün çox az iş görüblər. "Biz istehsalçılarımızın ticarətinə qadağa qoyulmasına imkan verməyəcəyik", - Qazaxıstan baş nazirinin müavini deyib.

Serik Jumanqarin bildirib ki, Qazaxıstan həm hərbi, həm də mülki tətbiqi olan bilyalı podşipniklərin satışına qadağaya qoşulmayıb. O izah edib ki, yerli zavod ənənəvi olaraq yalnız Şərqi Avropa və keçmiş SSRİ ölkələrində istifadə olunan spesifikasiyaya uyğun bilyalı podşipniklər istehsal edir.

"Bloomberg” qeyd edir ki, Qazaxıstanın əvvəllər yüksək rütbəli məmurları Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları tənqid etmirdilər. Agentlik yazır ki, Qazaxıstan sanksiyalara qoşulmayıb, lakin bütün məhdudiyyətlərə riayət etməyə çalışıb. Ümumilikdə, Serik Jumanqarin qeyd edib ki, ölkə əsas sanksiyalara əməl etməkdə davam edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->