Xəbər lenti

Qazaxıstanda səhvən 380 dərəcə şaxta barədə xəbərdarlıq edildi
Dünya13:10 09.12.2023

Qazaxıstanda səhvən 380 dərəcə şaxta barədə xəbərdarlıq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazaxıstanın şimal vilayətlərinin sakinləri səhvən bu ərazilərdə temperaturun -380 °C-ə qədər enməsini göstərən SMS mesajları alıblar. 
Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Bu xəbərdarlıq "Tele2" (Mobile Telecom-Service LLP) mobil operatorunun xidmətlərindən istifadə edən abunəçilərin mobil telefonlarına gəlib. Üstəlik, hadisə dekabrın 8-də baş verib və şaxta barədə məlumat elə həmin gün yayılıb.
"Şimali Qazaxıstan vilayətinin ərazisində -380 °C-ə qədər şiddətli şaxta var. 0-11-ci siniflər üçün dərslər ləğv edilir", deyə məlumatda bildirilir.
Adıçəkilən rayonun sakinləri sosial şəbəkələrdə xəbərdarlığın skrinşotlarını aktiv şəkildə dərc etməyə başlayıblar. Çoxları zarafatla qeyd edib ki, hətta "şaxtalı apokalipsis" fonunda da işə getməli olacaqlar.
Baş verənlər fonunda agentlik "Tele2" mətbuat xidməti ilə əlaqə saxlayıb, vəziyyəti şərh etmək istəyib. Mobil operatorun nümayəndələri qeyd edib ki, SMS göndərilərkən texniki nasazlıq baş verib - dərəcə simvolu sıfırla əvəz olunub.
"Yanlış rəqəm aşkar edildikdən sonra şiddətli şaxtanın baş verdiyi regionun bütün abunəçilərinə düzəliş göndərilib", deyə şirkətin mətbuat xidmətindən bildiriblər.
Aydın