Xəbər lenti

Qəbilələrarası toqquşma: 51 ölü, 45 yaralı
Dünya06:32 19.09.2013

Qəbilələrarası toqquşma: 51 ölü, 45 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sudanın qərbində, mübahisəli Darfur bölgəsində yenidən qanlı toqquşmalar olub.
Anspress xəbər verir ki, iki qəbilə arasında baş verən silahlı qarşıdurma zamanı 51 nəfərin öldüyü, 45 nəfərin də yaralandığı bildirilir. İki qəbilə arasında ötən ay da 100-dən çox adamın ölümü ilə nəticələnən toqquşmalar olmuşdu.

BMT-nin məlumatına görə, Sudanın Darfur bölgəsində hökm sürən təhlükəsizlik problemləri ilə əlaqədar hökumət üsyançları yatırmaq üçün yerli qəbilələri silahlandırır, bu isə qəbilələr arasında silahlı toqquşmalara təkan verir.

Çadla sərhəddə yerləşən Darfur bölgəsində 10 ildən çoxdur qəbilələrlə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar indiyədək 100 mindən çox adamın həyatına son qoyub, milyonlarla adam qaçqın düşüb.

Qaynar.info