
İtaliyada qeyri-hadisə baş verib. Qaynar.info xəbər verir ki, Liqurya və Lombardiya bölgələrində yağan aramsız yağışlar 4 nəfərin ölümünə səbəb olmaqla yanaşı, qəbristanlığın çökməsi ilə nəticələnib.
İtaliya mətbuatının yaydığı məlumatda bildirilir ki, Cenova şəhərinin Qərbindəki Bolzaneto qəsəbəsində yerləşən qəbristanlığın ətrafındakı divarlar aşıb. Torpaqla bərabər bəzi tabutlar da sürüşüb. Nəticədə onlarla insan skletinin bəziləri küçəyə tökülüb, bəziləri isə qəsəbədən keçən çaya düşüb.
Qəsəbə rəhbərliyi çox sayda cəsədin qəbristanlıqdan yüzlərlə metr kənardan tapıldığını bildirib. İçində 70 cəsədin olduğu tabut hələ də tapılmayıb.
Qaynar.info




