Xəbər lenti

Qəddafinin ailəsindən xəbər var
Dünya16:01 23.03.2013

Qəddafinin ailəsindən xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin arvadı və 3 övladı Əlcəzairdən köçüb. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Liviyanın Əlcəzairdəki səfiri Əbdülhəmid Buzahir xəbər verib. 

Səfirin sözlərinə görə, Qəddafinin arvadı Safiyə ilə iki oğlu Hannibal və Məhəmməd və qızı Aişə bir müddət əvvəlk Əlcəzairi tərk edib. Lakin səfir onların hansı ölkəyə getdiyi haqda məlumat verməyib. 

Qeyd edək ki, Qəddafi ailəsi 2011-ci ildə üsyançıların paytaxt Tripoliyə yaxınlaşmasından sonra ölkəni tərk edərək Əlcəzairə qaçmışdılar. 

Qaynar.info