Xəbər lenti

Qəddafinin oğlunun məhkəməsi olacaq
Dünya05:24 28.08.2013

Qəddafinin oğlunun məhkəməsi olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Sentyabrın 19-da Tripolidə Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf-əl-İslamın məhkəməsi başlayacaq.

APA-nın məlumatına görə, Liviyanın baş prokuroru Qəddafinin oğlunun 2011-ci ildə ölkədə baş verən vətəndaş müharibəsi zamanı qətllər törətməkdə günahlandırıldığını deyib. İttihamlar sübuta yetirilərsə, Seyf-əl-İslamı ölüm hökmü gözləyir.
 
Sentyabrın 19-da Qəddafi rejiminin daha 27 təmsilçisinin məhkəmə prosesi başlayacaq. Müttəhimlər kürsüsündə Liviya kəşfiyyatının sabiq rəhbəri Abdulla əl-Senussi də var. Baş Prokurorluq əl-Senussinin Benqazidə terror aktları törətmək üçün partlayıcı qurğuların hazırlanmasında iştirak faktını etiraf etdiyini bildirib.
 
Qeyd edək ki, Seyf əl-İslam Qəddafi ailəsinin həbs olunmuş yeganə nümayəndəsidir. Qəddafinin digər yaxınları ya vətəndaş müharibəsində həlak olub, yaxud xarici ölkələrdə sığınacaq tapıblar. Bu ilin iyun ayında Haaqadakı beynəlxalq Cinayət Məhkəməsi Seyf əl-İslamın ədalətli məhkəmə hüququnun tanınacağına inanmadığını bəyan edərək, onun Haaqaya təhvil verilməsini istəyib. Lakin Liviya hakimiyyəti bu tələbi rədd ediblər.

Qaynar.info