Nançanq Universitetinin alimləri müəyyən ediblər ki, qəhvə içmək miqren riskini azaldır, lakin digər nevroloji xəstəliklərə təsir etmir.
Qaynarinfo xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri "European Journal of Clinical Nutrition"da dərc olunub.
Araşdırmanın müəllifləri insanın qəhvə içməyə meylini artıran mutasiyalar (tək nukleotid polimorfizmləri), eləcə də müxtəlif nevroloji xəstəliklər arasında əlaqənin mövcudluğunu qiymətləndiriblər. Alimlərə ətraf mühit faktorlarının (digər xəstəliklər, maliyyə vəziyyəti və s.) təsirini istisna etməyə imkan verən yalnız genetik məlumatları nəzərə alaraq, bu yanaşma Mendel randomizasiyası adlanır.
Alimlər qəhvə istehlakı ilə əhəmiyyətli dərəcədə əlaqəli olan 40 mutasiya müəyyən ediblər. Məlum olub ki, belə mutasiyaların olması miqren riskini əhəmiyyətli dərəcədə azaldır, lakin digər nevroloji xəstəliklərin riskinə təsir etmir: Parkinson xəstəliyi, Altsheymer xəstəliyi və dağınıq skleroz.
Nəticələr cəlbedici olsa da, tədqiqatçılar müəyyən məhdudiyyətləri vurğulayırlar. Onların arasında xəstələrin mənşəyi də var: əksəriyyəti avropalıdır. Bundan əlavə, tədqiqatçılar iştirakçıların faktiki qəhvə istehlakını qiymətləndirməyiblər.
Aydın