Xəbər lenti

Qənirə Paşayeva Raul Məmmədovla debatdan imtina etdi
Siyasət12:04 30.01.2020

Qənirə Paşayeva Raul Məmmədovla debatdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Raul Məmmədovun rəqibi Qənirə Paşayevanı debata dəvət etməsi barədə xəbər verişdik. R.Məmmədov namizədlər arasında debatların keçirilməsinin vacibliyini vurğulayaraq, qeyd etmişdi ki, debatlar namizədlərin seçicilərə nələri vəd etdiyi, hansı proqramlara malik olduqlarının öyrənilıməsi baxımından çox önəmlidir: "Mən rəqibimi debatdan çəkinməməyə çağırıram”.
Lakin Q.Paşayeva debatdan imtina edib. Bu barədə R.Məmmədov məlumat verib:
"Debat seçki mədəniyyətinin bir qoludur. Rəqibim Qənirə Paşayeva isə debatdan boyun qaçırmaq üçün əvvəl troll ordusu ilə üzərimə gəldi, daha sonra debata gəlməməsini özünəməxsus üsullarla pərdələməyə çalışdı, məni həddimi bilməməkdə günahlandırdı. Elektoratı az olan bir namizəd üçün özünü həddindən yüksəkdə görüb rəqibini alçaltmağa yönəlmiş belə çıxışlar onun az sayda olan seçicisinin sayını da azaldır. Bunun fərqinə varsa, yaxşı olar".