Xəbər lenti

Qərb Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə adi silahlarla cavab verəcək
Dünya11:01 02.11.2023

Qərb Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə adi silahlarla cavab verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın nüvə təhdidləri ABŞ, Böyük Britaniya və Fransanı adi silahlarla cavab verəcəklərini vəd etməyə vadar edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo” nəşri "Financial Times”a (FT) istinadən məlumat yayıb.
FT bu barədə hazırki və keçmiş məmurlardan məlumat əldə edib, lakin bu xəbərdarlıqların necə edildiyi barədə ətraflı məlumat verməyib.
Qəzet aydınlaşdırır ki, Çin lideri Si Szinpin də Vladimir Putini nüvə silahından istifadəyə qarşı xəbərdar edib. Mənbələr FT-yə bildiriblər ki, o, bu xəbərdarlığı, o cümlədən mart ayında şəxsi görüşdə edib.
Qeyd edək ki, son iki ildə Putin Rusiyanın nüvə silahından istifadə etmə ehtimalına dəfələrlə eyham vurub.
2022-ci ilin sentyabrında FT Qərb rəsmilərinə istinadən yazıb ki, Moskvanın Ukraynaya nüvə zərbəsi Qərbin qeyri-nüvə silahları ilə cavab reaksiyasına səbəb ola bilər.
Nizami Bağırov