Xəbər lenti

Qərb Ukraynanı meydanda tək buraxacaq? (ŞƏRH)
Dünya10:18 21.12.2023

Qərb Ukraynanı meydanda tək buraxacaq? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yanvarda, ən geci isə fevral ayında Ukraynaya yardım məsələsi öz həllini tapacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ dövlət katibi Entoni Blinkenin Vaşinqtonun Ukraynaya hərbi yardım göndərmək üçün vaxtı və pulunun tükəndiyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, o vaxta qədər isə Ukraynaya əsas maliyyə yardımını Avropa İttifaqı həyata keçirəcək:
"Aİ Kiyevə 50 milyard avro yardımla bağlı qərar verib. Entoni Blinken gerçək vəziyyəti izah edərək, vaxtın olmadığını deyib. Çünki Konqres tətilə gedib. Bu müddətə qədər isə qanun təsdiq olunmayıb, ona görə pul da yoxdur. ABŞ-da pulu Konqres ayırır, Prezident isə xərcləyir. Konqres tətildən qayıtdıqdan sonra tərəflər yenə də sövdələşəcəklər. Respublikaçıların tələbilə Meksika ilə sərhəddə hasar çəkmək üçün pul ayrılacaq. Əvəzində Ukraynaya da 60 milyard, İsrailə isə 14 milyard dollarlıq yardım təsdiqlənəcək. 10-12 milyard dollar da Meksika ilə divarın çəkilməsinə ayrılacaq. 
Ukrayna pulsuz qalmayacaq. Sovet dönəminin ikinci əsas silah cəbhəxanası olan Ukrayna son 30 ildə bütün hərbi sənayesini məhv edib, nəhəng cəbhəxanasını oğurlayıb satıblar. Məhz, bu antimilli siyasətin acı nəticəsidir ki, Kiyev hazırda əl açıb yalvarır. Ukrayna təcili olaraq hərbi sənaye kompleksini bərpa etməlidir".
Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardım göndərmək üçün vaxtı və pulu tükənib: "Bizim Kiyevi dəstəkləmək üçün ayrılan pulumuz demək olar ki, tükənib və vaxtımız da yoxdur".
Blinken ABŞ Konqresindən Ukraynaya yeni yardımların ayrılması məsələsinə tez bir zamanda baxılmasını tələb edib. 
Rüfət Sultan