Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko iddia edir ki, Qərb ölkələri ümumilikdə Kiyevə 321 ağır tank verəcəklərini vəd ediblər.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Fransanın BFMTV kanalının efirində
deyib.
"Bu günə kimi bir çox ölkələr Ukraynaya 321 ağır tankın tədarükünə razılıqlarını rəsmən təsdiqləyiblər”, - diplomat bunu bildirərkən söhbət hansı hansı ölkələrdən getdiyini qeyd etməyib.
Omelçenko Ukrayna qoşunlarının tez bir zamanda tank əldə etməsinin vacibliyini vurğulayıb.
"Çatdırılma müddətinə gəlincə, onlar hər bir hala görə dəyişir. Bəziləri texniki xidmət göstərməlidir, bəziləri logistika məsələlərini həll edir, digərləri isə verdiklərinə görə əvəz almasını gözləyir", - səfir izah edib.
"Bu köməyə ən qısa zamanda ehtiyacımız var. Avqust və ya sentyabr aylarını gözləsək, çox gec olacaq", - o vurğulayıb.
Omelçenkonun sözlərinə görə, Ukrayna 2023-cü ilin yazında Rusiyanın bir neçə cəbhədə mümkün hücumuna hazırlaşır. "Biz qorxmuruq, çox ciddi hazırlaşırıq”, - diplomat bildirib.
Tankların tədarükü kontekstində Qərb mediası tez-tez Silahlı Qüvvələrin Baş Komandanı Valeri Zalujnıya istinad edir, o, keçən il "The Economist"ə Ukraynanın digər texnikaları nəzərə almasaq, uğurlu hücum üçün ən azı 300 tanka ehtiyacı olduğunu deyib.
Məlum olduğu kimi, ABŞ prezidenti Co Bayden yanvarın 25-də digər məsələlərlə yanaşı, Rusiyanın təcavüzü fonunda müdafiəsini gücləndirmək üçün Ukraynaya bir Ukrayna taboruna bərabər olan 31 ədəd "M1 Abrams” tankını təhvil vermək niyyətini təsdiqləyib.
Böyük Britaniya 14 ədəd "Challenger 2” tankı və Almaniyaya 14 ədəd "Leopard 2 A6” tankı hədiyyə edəcək. Eyni zamanda, Fransa ağır tankların tədarükü ilə bağlı hələ qərar verməyib.
Nizami Bağırov