
Ukraynaya görə Qərblə konflikt yaşanmasına baxmayaraq, Rusiya “Böyük iyirmilər”in (G 20) Avstraliyanın Brisben şəhərində noyabrda keçiriləcək sammitinə qatılacaq.
Musavat.com-un məlumatına görə, bu barədə Avstraliya rəsmisi Co Xoki bəyan edib. Onun sözlərinə görə, G20 nümayəndələri bir şeydə yekdildirlər ki, Rusiya ilə sonrakı əməkdaşlıq üçün qapılar açıq saxlanmalıdır.
Xəbərə görə, nümayəndə heyətinin tərkibində Rusiya maliyyə nazirinin müavini Sergey Storçak olacaq. Xoki G20-nin bir sıra təşəbbüslərini Rusiyanın dəstəkləməsindən məmnun olduğunu və Storçakla Ukrayna böhranını müzakirə edəcəyini söyləyib. O, həmçinin, Rusiyanın “Böyük iyirmilik”dən çıxarmaqla bağlı qərar qəbul eləmək səlahiyyətində olmadığını da bildirib.
“Bu məsələni Avstraliya həll eləmir. Biz öz evimizdə beynəlxalq tədbir keçiririk”, deyə o əlavə edib.
Yada salaq ki, baş nazir Toni Ebbott iyul ayında Malayziya mülki təyyarəsinin vurulması ilə bağlı təhqiqatın Rusiyanın G20 sammitində iştirakına təsir edəcəyini bəyan etmişdi.///Musavat.com