Xəbər lenti

Qərbin Rusiya neftinə "əməli qadağası" nə vəd edir? - Ekspert
Dünya08:39 09.05.2022

Qərbin Rusiya neftinə "əməli qadağası" nə vəd edir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərb dövlətlərinin Rusiya neftindən imtina məsələsi artıq real müstəviyə daxil olmaqdadır. Avropa İttifaqı dövlətlərində bu məsələnin müzakirəsindən az sonra dünyanın aparıcı 7 dövləti Rusiya neftini idxal etməkdən mərhələli şəkildə imtina etmək qərarına gəlib. Belə ki, dünən videoformat şəklində toplanan G7 liderləri Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırmaqla bağlı öhdəlik götürüblər. Sənəddə vurğulanır ki, bu ölkələr dünyada sabit enerji təchizatını təmin etmək üçün birgə işləmək barədə razılığa gəliblər, eyni zamanda, yanacaqdan asılılığı azaltmaq üçün səyləri gücləndirirlər.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən neft-qaz mütəxəssisi Zəfər Vəliyev hesab edir ki, G7-lərin sözügedən qərarı ilə cari lin sonuna qədər Rusiyanın neft ixrac qabiliyyəti 25 faiz, hasilatı isə 100 milyon tona qədər aşağı düşəcək:
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qlobal bazrda yaranan gərginlik fonunda neft və qaz bazarları təhdid altına düşüb. Hansı ki, bu təhdid hələ uzun müddət özünü göstərəcək. Hazırda beynəlxalq ictimai rəy Rusiyanın enerji daşıyıcılarının beynəlxalq ixrac qabiliyyətinin əleyhinədir. Yaranmış durumda hesab edirəm ki, ilin sonuna qədər Rusiyanın neft ixracında kifayət qədər azalmalar olacaq.İlin sonuna qədər Rusiyanın neft ixrac qabiliyyəti 25 faizə qədər azalacaq. Bu azalma Rusiya daxilində neft hasilatının da aşağı düşməsinə səbəb olacaq. Hasilat təxminən 100 milyon tona qədər azalacaq. Çünki Rusiya hasilat göstəricilərini qoruyub saxlamaq imkanında deyil. Ona görə ki, şimal ölkəsinin beynəlxalq ixrac qabiliyyəti zəifdir. Digər tərəfdən, Rusiya daxilində istehsal, sənaye və nəqliyyat aktivliyinin aşağı düşməsi səbəbindən neft emalı güclərinin gündəlik xammalla yüklənməsi də aşağı düşəcək. Rusiyanın strateji neft ehtiyatları da yoxdur. Rusiyanın neft-qaz yataqlarına yönəldilən qabaqcıq texnologiyaların ixracına, mühəndis xidmətlərin göstərilməsinə də qadağa qoyulub. Texnoloji səbəb də Rusiyada qarşıdakı aylarda neft hasilatının azalmasına gətirib çıxaracaq və neft hasilatında 210 milyon tona qədər azalma olacaq. Deməli, qısa müddətdə Rusiya özünün ixrac və hasilat imkanlarını tamamilə itirəcək”. 
Ekspertin fikrincə, Qərb asanlıqla Rusiya neftinə alternativlər tapacaq: "Rusiya neftindən imtina edən beynəlxalq birlik alternativ mənbələrə baş vuracaq və bu mənbələr də tapılacaq. Çünki hazırda Rusiya neftini əvəzləyən hasilat gücləri mövcuddur. Sadəcə olaraq, onları işə salmaq lazımdır”. 
Z. Vəliyev qeyd edir ki, yaranmış vəziyyətdə Rusiyanın ixrac imkanlarını Qərbdən Şərqə yönəltməsində də problem var: "Fiziki bazarları və texnoloji prosesləri bilən mütəxəssilər anlayır ki, "Yuros” markalı neftin Asiya emal güclərində emalı bir o qədər də asan deyil. Ona görə də bu markadan olan neftin Asiya bazarında rəqabət imkanları məhdud olacaq. Çünki bu markadan olan neftin tərkibində ağır metalların faiz miqdarı olduqca yüksəkdir. Asiyadakı emal gücləri isə həmin markalı neftin emalına hesablanmayıb. Hindistan, Çin, Yaponiya, Cənubi Koreyanın Rusiyadan idxal etdiyi neft az kükürdlü yüngül neftdir. Həm də əvvəllər Avropaya yönələn ixrac həcmini sürətlə şərq istiqamətinə yönəltmək Rusiya üçün texniki və texnoloji cəhətdən çətin olacaq. Şərqi Sibir-Sakit Okean neft kəmərinin ixrac imkanı maksimum 93 milyon tondur”. 
7
 Ekspert bildirir ki, artıq dünyada neft-qaz axını xətləri xəritəsinin yenidən cızılmasına start verilib:"Deməli, qısa zamanda qlobal enerji bazarlarının yenidən qurulmasına başlanılacaq. Hansı ki, bu ortamda da Rusiyanı görməyəcəyik".
Rüfət Sultan