
Məktəbli Yusra Hussien, əkiz bacılar Salma və Zahra Halane və tələbəAqsa Mahmudun yoxa çıxması barədə son xəbərlər Britaniyada müsəlmanqadınların radikallaşması ilə bağlı narahatlıqlara zəmin yaradıb.
Ehtimalagörə, Türkiyə üzərindən Suriyaya yollanan 50-60 minədək Britaniyaqadını İslam Dövlətinə üzv olublar. Cihadçı qrupun sıralarında ABŞ,Fransa, Hollandiya, Kanada, Norveç və İsveçrə nümayəndələri var.
Bəs görəsən qərbli qadınları İD üzvlüyünə sövq edən nədir?
Yoxaçıxan məktəbli Yusra Hussien-in Suriyaya gedib-getmədiyi tam aydındeyil. Hərçənd ki, polis belə bir ehtimalın yüksək olduğuna inanır.
Yerdə qalanların əhvalatlarına dair məlumatları Twitter, tumblr, LinkedIn, və ask.fm. kimi sosial şəbəkələrdə tapmaq olar.
Belə görünür ki, sosial media qadınların Suriyaya getməsində əhəmiyyətli rol oynayır.
İnternetdəonlara məsləhət, dəstək və səyahətlərilə bağlı kömək təklif edilir.Eyni zamanda internet saytlar İD üçün təbliğat vasitəsidir və İslamqaydalarına uyğun həyat və cihadın ideallaşdırılmış təsvirinisərgiləyir.

Suriyaya gedən Universitet tələbəsi Aqsa Mahmud İD döyüşçüsü ilə evlənib
İlk mərhələdə Suriyaya İD sıralarında vuruşan ərlərinə qoşulmaq istəyən qadınlar yola düşüb.
Onlardanbiri Londonun cənubunda yaşayan 22 yaşlı Khadijah Dare-dir. O,tvitlərin birində qərbli girovu öldürücək ilk cihadçı qadın olmaqistədiyini bildirib. Xanım Dare Suriyaya isveçli İD döyşüçüsü Abu Bakrlanikaha girdikdən sonra yollanıb.
“Cihadçı gəlinlər”
Bəzihallarda Suriyaya səyahətinin təşkilində qadlnların ailələri mühüm roloynayır. Ailə iştirakı kənarında isə Suriyaya səyahətdə köməyə onlaynşəbəkələr gəlir.
Son zamanlar qərb mediasında İDdöyüşçülərilə nikaha girmək üçün Suriyaya yollanan “cihadçı gəlinlər”barədə çoxsaylı məlumatlar dərc edilib.
Fransadayaşayan ailələr qızlarına elçi düşən suriyalı kişilərdən telefonzəngləri aldığını deyirlər. Belə görünür ki, İD döyüşçülərinin onlaynhesablarına evlilik təklifləri göndərən qadınlar da kişilərdən geriqalmırlar.
Terrorçuluq və təhlükəsizlik məsələləri üzrə“Center for Terrorism and Security Studies” Mərkəzinin əməkdaşı MiaBloom deyir ki, qadınlara yeni “saf” İslam Dövlətində “uşaq fabriki”ndənartıq rol ayrılmır.
Lakin Suriyaya gedən qadınlarınistəyi yalnız ər axtarmaqla məhdudlaşmır. “Cihadçı gəlinlər”konsepsiyası əhvalatın yalnız bir hissəsini təşkil edir. Burada başqaamillər də var.

İslam Dövləti qrupu Suriya və İraqda geniş ərazilərə nəzarət edir.
Beləki, qadınların İD-ə üzv olmaq qərarı yeni İslam Dövlətinin yaradılmasında iştirak etmək istəyindən irəli gəlir.
Zorakılıq və evdarlıq
İDliderləri məqsədlərinin müharibə ilə məhdudlaşmadığını deyərək, İslamDövlətinin qurulmasında həkim, mühəndis və inşaatçıları köməyəsəsləyirlər.
Qadınlar arasında bu yeni siyasi layihəyə üzvlük əhəmiyyətli romantik çalarlara malikdir.
Gümanedilir ki, bu yeni dövlətdə qadınları cəlb edən müxtəlif rol vəsəlahiyyətlərdir. Xəbərlərə görə, Raqqa şəhərində britaniyalı qadınyalnız qadınlardan ibarət əxlaq polisi qüvvəsini təsis edib.
İnternetdə,əlində kəsilmiş baş tutan, intiharçı kəmər taxmış və əllərində AK-47avtomatını daşıyan qadınların görüntülərinə rast gəlmək olar. Lakinonlar eyni zamanda yemək bişirmək, evi səliqəyə salmaq kimi adi məişətişlərilə də məşğul olurlar.
Evdarlıqla zorakılığın belə qarışığı bir çoxlarını təəccübləndirir.
"Boynumdafonendoskop, çiynimdə isə Kalaşnikov. Şəhidlik mənim ən əziz arzumdur”,Malayziyalı qadın Umm al-Baraa yanvar ayında belə bir tvit yazıb.
Belə bir həyat tərzi bəzi müsəlman qadınlarını İslam Dövlətinə sövq edən siyasi amildir.
Sadəlövh romantisizm
Cihadçı qadınlar qərb dövlətlərində müsəlmanlara dəyər verilmədiyini, onların ictimai həyatın kənarında qaldığını deyirlər.
“Mənhəmişə şəriət qanunları altında yaşamaq istəmişəm. Avropada bu heç vaxtbaş verə bilməzdi” - Suriyadan Khadija adlı sabiq Hollandiya sakiniAl-Monitor saytına bildirib.
Qadınlar Qərb ölkələrindəİslamın dini tələblərinə əməl etmək məhdudiyyətləri barədə yazırlar vəbu ölkələrin siyasi sistemini tənqid edirlər.
Burada misallardan biri olaraq Fransada İslam baş örtüyünə qoyulan qadağa göstərilir.
Mətnlərinçoxunda Qurandan xeyli iqtibaslar gətirilsə də, İslam, Suriyadakımünaqişə və şəriət barədə dərin bilgiyə dəlalət edən əlamətlərin sayıolduqça azdır.
Suriyaya yola düşən qadınların qərarısiyasi və şəxsi səbəblərə söykənir. Lakin bu qərarın qəbulunda sadəlövhromantisizmin də rol oynadığını görmək olar.
Dr Katherine Brown
Kings College Universiteti
Dr Katherine Brown Londondakı Kings College Universitetinin müdafiə məsələləri üzrə mühazirəçisidir.
O,yeni tədqiqatında radikalaşan müsəlman qadınlarının siyasi fəallığı,onların zorakı siyasət, terrorçuluq və əks-terrorçuluqda rolunu vəmediadakı təsvirini araşdırıb.
BBC Azeri