
Qətərin dövlət informasiya agentliyinə kiber hücumun arxasında Birləşmiş Ərəb Əmirlikləri dayanır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Qəzet bu məlumatı ABŞ-ın kəşfiyyat qurumlarındakı mənbələrdən əldə etdiyini bildirib.
Qeyd edək ki, kiber hücum nəticəsində Qətər xəbər agentliyinin lentində terroru qurama məlumat dərc olunmuşdu. Bu məlumat bəzi ərəb ölkələri ilə Qətər arasında siyasi böhranın yaranmasına səbəb olmuşdu.
Qaynarinfo.Az