
Qətər höküməti 2016-cı ildə İrandan geri çağırdığı səfir postuna yenidən təyinat həyata keçirib.
Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, səfir 2016-cı ildə Tehranda Səudiyyə Ərəbistan səfirliyinə edilən hücumdan sonra geri çağırılmışdı.
Hazırda isə Səudiyyənin başçılığı ilə Qətərə tətbiq edilən sanksiyalar səbəbilə iki ölkə arasında yaxınlaşma baş verir.
Qeyd edək ki, Qətər 5 iyundan bəri körfəz ölkələri tərəfindən sanksiyalara məruz qalır. Hətta bu günlərdə Həcc ziyarətinə getmək istəyən bir çox Qətər vətəndaşına ciddi maneələr törədildi və nəticədə minlərlə insan müqəddəs şəhəri ziyarət edə bilmədi. Körfəz ölkələri iddia edilir ki, Qətər terrorizmə dəstək verir və terrorçu qruplara kömək edən İranla yaxın əlaqələr qurur.
Gülşən
Qaynarinfo.Az