Xəbər lenti

Qətər və Səudiyyə Ərəbistanı Pakistana sərmayə qoyacaqlar
Dünya06:09 26.08.2022

Qətər və Səudiyyə Ərəbistanı Pakistana sərmayə qoyacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanın Baş naziri Şəhbaz Şərifin Dohaya səfəri ilə eyni vaxtda Qətər investisiya təşkilatı Pakistanın müxtəlif ticarət və iqtisadi sektorlarına 3 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Qaynarinfo bu barədə "Əl-Ərəbiyyə" agentliyinə istinadən xəbər verir.
Bu məlumat avqustun 25-də Pakistanın baş naziri  Şəhbaz Şərifin Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə görüşlərindən sonra dərc olunub. 
Qətərdən sonra Səudiyyə Ərəbistanı da Pakistana bir milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə şəbəkəsinin məlumatına görə, xarici işlər naziri Feysəl bin Fərhan cümə axşamı avqust ayının 25 də pakistanlı həmkarı ilə telefon danışığında bildirib ki, bu investisiya Pakistan iqtisadiyyatı və xalqına kömək edəcək.
İnvestisiya Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin birbaşa göstərişi ilə həyata keçirilir.
Vurğulanır ki, Pakistan iqtisadiyyatını böyük maliyyə böhranı bürüyüb və ölkə son vaxtlar Beynəlxalq Valyuta Fondundan təcili olaraq 6 milyard dollar kredit tələb edib.
M.Arif