Xəbər lenti

Qəzaya düşən “Real Madrid”in təyyarəsi olub- FOTO
Dünya06:06 25.07.2014

Qəzaya düşən “Real Madrid”in təyyarəsi olub- FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nigerin paytaxtında qəzaya düşən Əlcəzair Hava Yollarına məxsus təyyarədən yeni xəbər alınıb. 
Qaynar.info ANS-ə istinadən xəbər verir ki, bu laynerlə 2007-ci ildən 2009-cu ilədək dünyanın tanınmış ispan komandası "Real Madrid" uçub.
Malinin və Nigerin sərhədində qəzaya düşən "Ayr Aldjiria" aviaşirkətinin təyyarəsi bir vaxtlar "Real Madrid" futbol klubunun rəsmi təyyarəsi olub. 
Bu haqda ispan nəşri “MARCA” xəbər verib.
Qeyd edək ki, Əlcəzair Hava Yollarına məxsus təyyarə Nigerin paytaxtında qəzaya uğrayıb. McDonnell Douglas MD-83 təyyarəsində 116 nəfər olub. Qəza nəticəsində onların hamısının öldüyü deyilir. 
Təyyarənin ekipaj üzvləri hava şəraitinin pis olması səbəbilə uçuş xəttindən bir az kənara çıxmaq üçün icazə istəyib. Ekipaj üzvləri bununla digər sərnişin təyyarələri ilə toqquşmaqdan yayınmağa çalışıb. Bundan bir neçə dəqiqə sonra isə təyyarə radarlardan itib.
Qaynar.info