Xəbər lenti

Qəzaya səbəb oldu, həyat yoldaşından qorxduğu üçün intihar etdi
Dünya16:40 16.09.2017

Qəzaya səbəb oldu, həyat yoldaşından qorxduğu üçün intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada 20 yaşlı Anastasiya Lysuko avtomobillə qəzaya səbəb olub, sonra isə intihar edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1 uşaq anası olan qadın həyat yoldaşının qadağasına məhəl qoymadan VAZ-2106 markalı maşının arxasına keçib və 3 maşınla toqquşub. Dostları tərəfindən "pis sürücü" adlandırılan Anastasiya təxminən 15 min manatlıq zərərə səbəb olub. Qəzadan sonra qorxan Lysuko evə qaçıb və intihar məktubu yazaraq özünü öldürüb. Məktubda maşını icazəsiz götürdüyünü, avtomobilin sığortasız olduğunu və qəzanı həyat yoldaşına etiraf etməkdən qorxduğunu qeyd edən qadının bu addımı ölkədə səs-küyə səbəb olub. Sosial mediada müzakirəyə səbəb olan hadisə çox insanda təəccüb yaradıb, bəziləri isə həyat yoldaşının münasibətinin intihara səbəb olduğunu deyib.

Gülşən

Qaynarinfo.Az