Xəbər lenti

Qəzza müharibəsi nə qədər davam edəcək? (ŞƏRH)
Dünya 19:19 20.05.2025

Qəzza müharibəsi nə qədər davam edəcək? (ŞƏRH)

"İsrail tərəfi birinci növbədə girovların azad edilməsini istəyir. İkinci bir tərəfdən, Qəzzadakı mülki əhalini başqa bölgəyə, ölkəyə köçürmək istəyirlər. HƏMAS-a atəşkəs müddətində xeyli dərəcədə hərbi yardımlar da oldu. İndiki halda, ABŞ da münaqişənin sönməsində maraqlıdır. Ancaq görünən odur ki, İsrail tərəfi qərarlıdır. Onlar hərbi əməliyyatları genişləndirərək, Qəzzada qalan HƏMAS qüvvələrinə ciddi zərbələr endirmək istəyir. Çünki hələlik HƏMAS-ın sonu gəlməyib. Onların liderləri öldürülsə də, tamamilə məhv edilməyiblər".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə deyib.

Onun fikrincə, İsrail tərəfi başladığı işi sona qədər davam etdirməkdə qərarlıdır. Həmsöhbətimiz düşünür ki, Vaşinqton-Tehran danışıqlarında nə irəliləyiş olmadıqca, İsrail Qəzzada daha geniş meydana sahib olmaqda israrlıdır:

"İndiki halda, Təl-Əviv Qəzzaya tam nəzarəti ələ keçirməyə çalışır. Nə qədər ki, ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunmayıb, İsrail cəbhədə daha çox nəticə əldə etməkdə maraqlıdır. Nə qədər ki, İsraildə hazırki hökumət hakimiyyətdədir HƏMAS-a daha çox zərbələr endiriləcək". 
 


Qeyd edək ki, son günlər İsrail Qəzzada hərbi əməliyyatları yenidən aktivləşdirib. Nəticədə yenə də dinc əhali bunun ziyanını çəkməkdə davam edir. Təl-Əviv Qəzzanı 3 anklava bölmək istəyir. HƏMAS da öz növbəsində 2023-cü ilin oktyabrında əsir götürdüyü girovların hamısını tam azad etmək istəmir. 

Bu fonda bir sıra ölkələr Yaxın Şərqdəki münaqişənin dayandırılması üçün səy göstərirlər. Böyük Britaniya, Fransa və Kanada İsraildən hərbi əməliyyatları dayandırmağı və Qəzzaya humanitar yardım göndərməyə icazə verməyi  tələb ediblər. Əks təqdirdə, onlar İsraili cavab sanksiyaları tətbiq edəcəklərilə hədələyib. 

Bu 3 ölkə HƏMAS-a da müraciət edərək, qalan bütün girovları buraxmağa çağırıb. Amma hələlik bu səylər də heç bir nəticə vermir. Bu isə o anlama gəlir ki, sözügedən münaqişənin davam etməsində maraqlı olan qüvvələr var və hazırki situasiyada onların mövqeyi daha güclüdür. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->