Xəbər lenti

Qəzzada gərgin döyüşlərin nə qədər davam edəcək? - KİV
Dünya08:44 10.12.2023

Qəzzada gərgin döyüşlərin nə qədər davam edəcək? - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı intensiv döyüşlər ən azı iki ay davam edə bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin "Kan" radiosu siyasi sistemdəki mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, iki ay davam edən gərgin döyüşlərdən sonra Qəzza zolağında atəşkəs gözlənilmir. O qeyd edib ki, Qəzzada yerli əməliyyatlar Fələstin anklavı daxilində qalacaq ordu birləşmələri tərəfindən aparılacaq.
"Kan" qeyd edir ki, İsrail oktyabrın 7-də götürülən girovları azad etmək məqsədilə əlavə sövdələşmələr imzalamaq üçün aylarla cəhd etməyə davam edəcək.
Telekanalın mənbələri hesab edir ki, İsrail nə vaxtsa bəzi qəzzalıların evlərinə qayıtmasına icazə verəcək, çünki bu, ABŞ-ın tələbidir və həm də əməliyyat zərurəti ilə üst-üstə düşür.
Aydın