Xəbər lenti

Qəzzada ölənlərin 70%-i qadın və uşaqlardır - BMT-nin qorxunc hesabatı
Dünya10:42 31.10.2023

Qəzzada ölənlərin 70%-i qadın və uşaqlardır - BMT-nin qorxunc hesabatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 7-də HƏMAS İsrailə hücum etdikdən və İsrail ordusu cavab zərbələri endirməyə başlayandan bəri Qəzza zolağında 8000-dən çox insan həlak olub, onların üçdə ikisi qadın və uşaqlardır.
Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir. 
Təşkilat Qəzzada çalışan bir sıra humanitar missiyaların nümayəndələrinə istinad edir. Onlar da öz növbəsində Qəzzadakı Səhiyyə Nazirliyi və humanitar təşkilatların məlumatlarına istinad edirlər.
Xüsusilə, BMT-nin Yaxın Şərqdəki fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə Agentliyinin (UNRWA) baş komissarı Filippo Lazzarini son üç həftənin "dəhşətli olduğunu” və indi "demək olar ki, hər kəs İsraildə, işğal olunmuş Fələstin ərazilərində və bölgədə yas içindədir”.
O əlavə edib ki, Save the Children təşkilatının məlumatına görə, Qəzza zolağında həlak olanların təxminən 70%-i uşaqlar və qadınlardır. Təşkilat oktyabrın 29-da bildirib ki, Qəzzada cəmi üç həftə ərzində 3200-ə yaxın uşaq öldürülüb ki, bu da 2019-cu ildən bəri hər il dünyada münaqişə zonalarında ölən uşaqların sayından çoxdur.
Lazzarini bu cür dəhşətli rəqəmlərin "təsadüfi itkilər" ola bilməyəcəyini vurğulayıb və əlavə etdi ki, hərbçilər kilsələrə, məscidlərə, xəstəxanalara və ya UNRWA obyektlərinə, o cümlədən köçkünlərə sığınacaq verənlərə zərbələr endirirlər, hətta beynəlxalq humanitar hüquqla qorunan yerlərdə belə artıq insanlar öldürülüb və yaralanıb.
"Qəzzanın hazırkı mühasirəsi kollektiv cəzadır”, - deyə o əlavə edib ki, iki həftəlik tam mühasirədən sonra əsas xidmətlər məhv edilir, dərman, qida, su və yanacaq tükənir, küçələr kanalizasiya ilə dolmağa başlayır. 
BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel, Fələstin Səhiyyə Nazirliyinə istinadən Qəzzada 3400-dən çoxu uşaq olmaqla 8300-dən çox fələstinlinin öldürüldüyünü, 6300-dən çox uşağın isə yaralandığını bildirib.
"Bu o deməkdir ki, Qəzzada hər gün 420-dən çox uşaq öldürülür və ya yaralanır. Bu, hər birimizi sarsıtmalı olan rəqəmdir", - Rassel deyir. 
O, həmçinin Qəzza zolağında 30-dan çox israilli uşağın öldürüldüyünü və ən azı 20 nəfərin girov götürüldüyünü vurğulayıb.
BMT həmçinin qeyd edib ki, üç həftə ərzində bir milyondan çox insan şimaldan cənuba köçüb; lakin cənub da bombalanır, çox sayda insan ölüb, buna görə də indi "Qəzzada təhlükəsiz yer yoxdur".
Lazzarini, həmçinin, UNRWA-nın son üç həftədə 64 həmkarını itirdiyini, sonuncu belə faciənin "iki saat əvvəl” baş verdiyini və həmkarı Samirin həyat yoldaşı və səkkiz uşağı ilə birlikdə öldüyünü bildirib. 
"Bu, qısa müddət ərzində münaqişədə həlak olan BMT-nin humanitar əməkdaşlarının ən yüksək sayıdır”, - o qeyd edib.
"Bu gün qəzzalılar digər mülki şəxslərdən fərqli davrandıqlarını hiss edirlər. Onların çoxu elə bilirlər ki, heç bir əlaqəsi olmayan bir müharibədə tələyə düşüblər. Onlar hiss edirlər ki, dünya onların hamısını HƏMAS-la eyniləşdirir. Bu təhlükəlidir. Bütün əhali insanlıqdan çıxarılıb”, - Lazzarini bildirib.  
Rassel əlavə edib ki, Qəzzada az miqdarda təmiz su sürətlə tükənir və 2 milyondan çox insan içməli suya ciddi ehtiyac duyur.
Humanitar məsələlərin koordinasiya ofisinin Humanitar maliyyələşdirmə və resursların səfərbərliyi şöbəsinin direktoru Lisa Duhten səhiyyəni sistemini təsvir edərək xəstələrin döşəmədə və dəhlizlərdə yatdığını və cərrahların anesteziyasız əməliyyat etdiyini bildirib. 
Onun sözlərinə görə, 50 minə yaxın hamilə qadından 5500-nün yaxın 30 gün ərzində doğuşu gözlənilir. 1000 dializdən asılı xəstənin və inkubatorlarda olan 130 vaxtından əvvəl doğulmuş körpənin həyatı xəstəxananın ehtiyat generatorları düzgün işləmədiyindən təhlükə altındadır. 
Onların hamısı Qəzza zolağına humanitar yardımın genişləndirilməsinə, xüsusilə, dərhal "tərəflərə beynəlxalq hüquq üzrə öhdəliklərini xatırladan”, atəşkəsə çağıran, tərəflərdən təhlükəsiz və maneəsiz humanitar çıxışı təmin etməyi və bütün girovların dərhal və təhlükəsiz azad edilməsini tələb edən qətnamə qəbul edilməsinə çağırıblar.
Nizami Bağırov