Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar olub.
Qaynarinfo xəbər verir ki, nəticədə 1 fələstinli ölüb, 50-dək insan yaralanıb.
Qəzzanın gənc sakini Xan-Yunis şəhərini yaxınlığında güllələnib. Başından yaralanmış iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralıların üçü azyaşlı, ikisi qadın, dördü jurnalistdir. Yaralanan jurnalistlərdən biri Almaniyadan olan reportyordur.