Xəbər lenti

Qırğızıstan bayrağına dəyişiklik edildi (FOTO)
Dünya06:08 20.12.2023

Qırğızıstan bayrağına dəyişiklik edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qırğızıstan parlamentinin üzvləri Dövlət bayrağı üzərindəki təsvirin qismən dəyişdirilməsi təklifini dəstəkləyib.
Qaynarinfo xəbər verir ki, dövlət bayrağının təsvirinin dəyişdirilməsinin lehinə 59, əleyhinə isə 5 deputat səs verib. 
Daha əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib. İndi bayrağın dalğalı şüaları əvəzinə düz şüaları var. Bu təşəbbüsü ölkə prezidenti Sadır Japarov irəli sürüb.
Qeyd edək ki, bu ilin payızında Qırğızıstan Dövlət bayrağının təsvirinin dəyişdirilməsi təşəbbüsü ilə bu ölkənin parlamentinin sədri Nurlanbek Şakiyev çıxış edib. Dekabrın ortalarında isə Qırğızıstan prezidenti Sadır Japarov bildirmişdi ki, spikerə bayrağın dəyişdirilməsini məhz onun özü təklif edib.