Xəbər lenti

Qırıcılar havaya qaldırıldı - FOTO
Dünya18:40 23.01.2015

Qırıcılar havaya qaldırıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya hərbi təyyarəsi Avropada yenidən həyacan yaratdı
NATO həyəcan siqnalı ilə Typhoon qırıcılarını havaya qaldırıb.

ANS PRESS-in məlumatına görə, buna səbəb Baltik dənizinin üzərində Rusiyanın İl-20 kəşfiyyatçı təyyarəsinin qeydə alınması olub.

Bu barədə Bloomberg agnetliyi Latviya müdafiə nazirliyinə istinadən xəbər yayıb.

"NATO-nun Baltik dənizi üzərində hava məkanının mühafizəsi ilə məşgul olan Typhoon qırıcıları Rusiya Hərbi Hava Qüvvələrinin İl -20 təyyarəsini ələ keçirmək üçün havaya qalxıblar", - deyə xəbərdə bildirilir.

Rusiya HHQ-ə məxsus təyyarənin ələ keçirilib-keçirilməməsi barədə isə heç bir məlumat verilmir.

Rusiya Müdafiə Nazirliyi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.



Qaynar.info