Rusiyanın hücumları Ukraynanın enerji sektoruna ciddi ziyan vurub. Qışa qədər ukraynalılar günün əhəmiyyətli hissəsini işıqsız keçirə bilər.
Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər
verir.
Adının çəkilməsini istəməyən bir ukraynalı məmur nəşrə bildirib ki, Rusiyanın enerji sektoruna şənbə günü hücumu "dağıdıcı” olub. Başqa bir məmur bildirib ki, bu, çox güman ki, ukraynalıların qışa qədər günlərinin böyük hissəsini işıqsız keçirəcəkləri deməkdir.
Rəsmi şəxsin sözlərinə görə, təkcə şənbə günü, iyunun 1-də hücum zamanı 1,2 QVt elektrik enerjisi itirilib və Ukraynanın qərbindəki yeraltı anbarlardan qazın nəqli üçün vacib olan infrastruktura ciddi ziyan dəyib.
"Biz soyuq və qaranlıq həyata hazırlaşmalıyıq", - növbəti ayların necə olacağı ilə bağlı sualı cavablandıran məmurlardan biri deyib.
"Bu, bizim yeni normalımızdır", - başqa bir məmur, işıqların kəsilməsinə işarə edərək bildirib.
Nizami Bağırov